23.10.2025

Ümumi təhsil müəssisələrində dərs dinləmələri keçirilir

Tədris prosesinin keyfiyyətinə nəzarəti gücləndirmək, müəllimlərin dərsə yanaşması, istifadə etdikləri pedaqoji metodlar və tədris strategiyalarından xəbərdar olmaq, eyni zamanda tədris prosesində yaranan çətinlikləri vaxtında müəyyən edib onların həllinə dəstək vermək məqsədilə dərs dinləmələri həyata keçirilir.

 

Ümumi təhsil müəssisələrinin rəhbərləri tərəfindən keçirilən dərs dinləmələr  eyni zamanda müəllimlərin peşəkar inkişafına dəstək olmaq, tədris prosesinin səmərəliliyini artırmaq və təhsil keyfiyyətinin davamlı inkişafını təmin məqəsdi daşıyır.

 

Dərs dinləmələri çərçivəsində müxtəlif fənlər üzrə keçirilən dərslər izlənilir, müəllimlərin dərsə hazırlıq səviyyəsi, təlim strategiyalarının tətbiqi, şagird fəallığının təmin olunması, dərs zamanı kommunikasiya və motivasiya mühiti, həmçinin müasir tədris texnologiyalarının istifadəsi qiymətləndirilir. Dərslərin nəticələri təhlil olunaraq müvafiq rəy və tövsiyələr müəllimlərlə bölüşülür.

 

Dərs dinləmələrinin mütəmadi şəkildə davam etdirilməsi nəzərdə tutulur.


Açar sözlər: ,  ,