23.10.2025

Şagirdlərin bilik və bacarıqlarının artırılması məqsədilə təcrübə səfəri təşkil olunub

Sabirabad şəhəri Mikayıl Müşfiq adına 4 nömrəli tam orta ümumtəhsil məktəbin peşə təmayüllü siniflərində “Aşpaz köməkçisi” və “Qənnadçı köməkçisi” ixtisasları üzrə təhsil alan şagirdlərin bilik və bacarıqlarının artırılması məqsədilə növbəti təcrübə səfəri təşkil olunub.

 

Şirvan şəhərinə təcrübə səfəri çərçivəsində şagirdlər peşəkar mühitlə tanış olublr, müəssisələrin istehsal sahələri, texnoloji proseslər və sanitariya-gigiyena qaydaları ilə bağlı əyani məlumat əldə ediblər.

 

Səfər zamanı şagirdlər ustad müəllimlərin müşayiəti ilə müxtəlif mətbəx avadanlıqlarından istifadə qaydalarını öyrənmiş, həmçinin şirniyyat məhsullarının hazırlanması mərhələlərində yaxından iştirak etmişlər. Praktiki məşğələlər şagirdlərin ixtisas üzrə nəzəri biliklərini möhkəmləndirmiş, onların gələcək peşə fəaliyyətinə marağını daha da artırmışdır.

 

Təcrübə proqramı şagirdlərin əmək bazarının tələblərinə uyğun olaraq peşə vərdişlərinin inkişaf etdirilməsini, peşə məktəb - müəssisə əməkdaşlığının gücləndirilməsini və gələcək karyera istiqamətinin düzgün qurulmasını hədəfləyir.


Açar sözlər: ,  ,