30.10.2025

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbəqədər təhsil müəssisəsində vakant olan tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul başlayır.

 

Müsabiqədə iştirak etmək istəyən (2025-ci ildə müsabiqənin test mərhələsində iştirak etmiş, 40 və daha yuxarı bal toplamış) namizədlər 30 oktyabr 2025-ci tarixdən 07 noyabr 2025-ci il, saat 17:00-dək aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər.

https://forms.gle/WtoerHTmbLHQMP8r8

 

Qeydiyyat zamanı namizəd haqda lazım olacaq məlumatlar:

    Soyad, ad və ata adı

    FİN kod

    Müsabiqədə topladığı bal (bilmirsə boş saxlaya bilər)

    Əlaqə nömrəsi

    Hal-hazırda qeydiyyatda olduğu və yaşadığı ünvan və s.

 

Namizədlər yalnız bir məktəbəqədər təhsil müəssisəsi seçə bilərlər.

 

Müsahibədə uğur qazanmış və ən yüksək test balına malik olan namizəd vakant yerə təyin olunacaqdır. Digər namizədlər isə növbəti müsabiqənin müsahibə mərhələsinədək ehtiyat kadrlar siyahısına daxil ediləcəkdir.

 

Qeydiyyat başa çatdıqdan sonra müsahibə mərhələsinin keçirilmə yeri və tarixi barədə namizədlərə məlumat veriləcəkdir.