31.10.2025

“Uşaq Hüquqları Aylığı” davam edir

“Uşaq hüquqları aylığı” çərçivəsində uşaqların hüquqlarının qorunması və bu sahədə maarifləndirmənin artırılması məqsədilə Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümümi təhsil müəssisələrində müxtəlif maarifləndirici tədbirlər keçirilir.

 

Tədbirlər uşaqların öz hüquqlarını tanıması, onlarda məsuliyyət hissinin formalaşması və sağlam, təhlükəsiz mühitdə böyümələri üçün mühüm əhəmiyyət daşıyır. Məktəblərdə təşkil olunan dəyirmi masalar, mövzuya dair açıq dərslər, müsabiqələr və interaktiv təqdimatlar sayəsində şagirdlər uşaq hüquqları, bərabərlik, azadlıq və uşaqların müdafiəsi kimi mövzular haqqında ətraflı məlumat əldə edirlər.


Açar sözlər: ,  ,