04.11.2025

Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası təşkil olunub

8 Noyabr Zəfər Günü, yalnız xalqımızın müstəqilliyi uğrunda apardığı şanlı mübarizənin təntənəsi deyil, həm də ölkəmizin gələcəyinə verilən dəyərin əlamətidir. Bu əlamətdar günün 5-ci ildönümünün qeyd olunması çərçivəsində Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində faəliyyət göstərən ümumi təhsil müəssisələrində ağacəkmə aksiyası keçirilib.

 

Aksiyanın keçirilməsində məqsəd həm təbiətin qorunmasına dəstək vermək, həm də məktəblilərdə Vətənə xidmət, şəhidlərimizin xatirəsini yad etməklə yanaşı, ekologiyaya qarşı məsuliyyətli yanaşmanı aşılamaq olub.

 

Aksiyada məktəblərin həyətlərində müxtəlif növ ağaclar əkilib və onlara müvafiq aqrotexniki qulluq göstərilib.


Açar sözlər: ,  ,  ,