9 yanvar – 12 may 2025-ci il tarixləri aralığında “Kubok TRİZ 2025” beynəlxalq innovasiya və ixtiraçılıq müsabiqəsi keçirilib.
Müsabiqəyə 3 ölkə-Rusiya, Azərbaycan və Çin tərəfindən ümumilikdə 120 iş təqdim olunub. Mil-Muğan Regional Təhsil İdarsəinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin müxtəlif yaş qruplarını əhatə edən şagirdləri də müsabiqədə fəal iştirak ediblər.
Beyləqan şəhəri Ramiz Abbasov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbin V sinif şagirdi Nəsirova Yeva Əhməd qızı və Saatlı şəhəri Valeri Əsgərov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbin V sinif şagirdləri Sultanova Sultana Asəf qızı, Paşazadə Kənan Əli oğlu və Quliyev Salaəddin Röya oğlu müsabiqədə fəal iştirak etdiklərinə görə təşkilatçılar tərəfindən sertifikatla təltif olunublar.
TRİZ (İxtira məsələlərinin həlli nəzəriyyəsi) müsabiqəsinin məqsədi məktəblilər və müəllim heyəti arasında yaradıcılıq və innovasiya sahəsində motivasiyanın formalaşdırılması, eləcə də peşəyönümlü fəaliyyətin əhatə dairəsinin genişləndirilməsidir.
Müsabiqədə iştirak edən şagirdlərin müəllimlərinə təşəkkürnamələr təqdim olunub.