12.11.2025

Məktəblərdə “Uşaq Hüquqları Aylığı” davam edir

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümümi təhsil müəssisələrində “Uşaq Hüquqları Aylığı” çərçivəsində silsilə tədbirlərin keçirilməsi davam edir.

 

Aylığın keçirilməsində məqsəd uşaqların hüquq və vəzifələri barədə məlumatlılığını artırmaq, onların cəmiyyət həyatında fəal iştirakını təşviq etmək, eləcə də uşaqların müdafiəsi sahəsində ictimai diqqəti gücləndirməkdir.

 

Bu çərçivədə məktəblərdə maarifləndirici tədbirlər, “dəyirmi masa”lar, inşa və rəsm müsabiqələri, təqdimatlar, o cümlədən uşaq hüquqlarına dair film nümayişləri və müzakirələr keçirilir. Şagirdlər BMT-nin “Uşaq Hüquqları haqqında Konvensiya”sı və milli qanunvericilikdə uşaqlara dair müddəalarla tanış edilir.


Açar sözlər: ,  ,