“Konstitusiya və Suverenlik İli” münasibətilə Beyləqan şəhərində yerləşən tam orta ümumtəhsil məktəblərin şagirdləri arasında bilik yarışı keçirilib. Yarışda Beyləqan şəhəri 1, 2, 3, 4, 5, 6, 7 və 8 nömrəli tam orta ümumtəhsil məktəblərininin şagirdlərindən ibarət komandalar iştirak ediblər.
Yarışın məqsədi “Konstitusiya və Suverenlik İli”nin mahiyyətinin təbliği, şagirdlərdə hüquqi biliklərin artırılması, vətənpərvərlik dəyərlərinin gücləndirilməsi və şagirdlərin intellektual inkişafına dəstək göstərmək olub.
Yarış zamanı komandalar Azərbaycan Respublikasının Konstitusiyası, dövlətçilik tariximiz, suverenlik və müstəqillik anlayışları, eləcə də ümumi dünyagörüşünü əhatə edən müxtəlif mövzular üzrə sualları cavablandırıblar.
Münsiflər heyətinin yekun qərarına əsasən:
Qalib komandalar təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə təltif olunublar.
Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və şagirdlərə öz bilik və bacarıqlarını nümayiş etdirmək imkanı yaradıb. Yarışın sonunda təşkilatçılar belə maarifləndirici fəaliyyətlərin davamlı olacağını, məktəblilərin hüquqi savadının artırılması istiqamətində müxtəlif formatlarda layihələrin həyata keçiriləcəyini bildiriblər.