Beyləqan rayonu Birinci Şahsevən kəndi Gəray Əsədov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi VI sinif şagirdləri üçünTəbiət fənindən “Təbiətdə su dövranı” mövzusunda fənlərarası inteqrasiya metoduna əsaslanan nümunəvi dərs təşkil edilib.
Dərs məktəbin fizika müəllimi Tovuz Babayeva, biologiya müəllimi Bahar Qafarova, coğrafiya müəllimi Səadət Əhmədova, kimya müəllimi Afaq Musayevanın birgə iştirakı ilə həyata keçirilib və şagirdlərin mövzunu müxtəlif elmi aspektlərdən dərk etmələri üçün əlverişli təlim mühiti yaradılıb.
Dərsin məqsədi su dövranının təbiət üçün əhəmiyyətini, prosesin mərhələlərini və onun ekosistemlərə təsirini şagirdlərə elmi əsaslarla, eyni zamanda interaktiv və inteqrativ yanaşma ilə izah etmək olub. Müəllimlərin birgə fəaliyyəti fənlərarası əlaqələrin əyani şəkildə nümayiş etdirilməsinə, şagirdlərin geniş dünyagörüşünün formalaşmasına və onların tədqiqat bacarıqlarının inkişafına xidmət edib.
Dərs zamanı aşağıdakı istiqamətlər üzrə təqdimatlar və fəaliyyətlər həyata keçirilib:
Dərsin gedişində şagirdlər qruplar üzrə çalışma apararaq su dövranının mərhələlərini sxemlər üzərində göstəriblər, müxtəlif fənlərin mövzuya yanaşmalarını müqayisə ediblər, müzakirələrdə fəal iştirak ediblər. İnteraktiv təqdimatlar mövzunun şagirdlər tərəfindən dərindən mənimsənilməsinə töhfə verib.
Gəray Əsədov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbdə həyata keçirilən bu dərs müasir təlim metodlarının tətbiqi və fənlərarası əməkdaşlığın yüksək səviyyədə təşkilinə görə nümunəvi tədris fəaliyyəti kimi dəyərləndirilib.