17.11.2025

SAF 2025- Beynəlxalq STEAM Azərbaycan Festivalı başladı!

Festival çərçivəsində Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində faəliyyət göstərən ümumi təhsil məktəbləri üzrə komandalar da yarışacaqlar.

 

Beynəlxalq STEAM Azərbaycan Festivalı 2021-ci ildən etibarən hər il Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi və "STEAM Azərbaycan" layihəsinin təşkilatçılığı ilə həyata keçirilir.

 

Festivalın keçirilməsində məqsəd STEAM əsaslı tədrisin təşviqi, təhsilalanlar arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı təhsilalanların aşkara çıxarılması, eləcə də STEAM əsaslı yanaşmanın tətbiqi ilə ətraf mühitin sağlamlaşdırılması, su ehtiyatlarından və alternativ enerji mənbələrindən səmərəli istifadəyə dair innovativ həll və layihələrin hazırlanmasının təşviq edilməsidir.

 

STEAM - 5 əsas sahənin birgə tədrisidir. Belə ki, STEAM əsaslı tədris modeli elm (Science), texnologiya (Technology), mühəndislik (Engineering), incəsənət (Art), riyaziyyatı (Math) inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub.


Açar sözlər: ,  ,  ,