Saatlı və Sabirabad rayonlarının ümumtəhsil məktəblərində “Korrupsiyaya qarşı mübarizə” mövzusunda maarifləndirici görüşlər keçirilib.
Tədbirlərin əsas məqsədi korrupsiyanın fəsadları barədə düzgün təsəvvür formalaşdırmaq, şəffaflıq və dürüstlük prinsiplərinin vacibliyini vurğulamaq olub.
Görüşlərdə iştirak edənlər korrupsiyanın cəmiyyətin inkişafına mənfi təsirləri, qanunvericilikdə korrupsiyaya qarşı nəzərdə tutulmuş məsuliyyət və bu sahədə dövlət tərəfindən həyata keçirilən islahatlar barədə şagirdlərə ətraflı məlumat veriblər. Həmçinin gündəlik həyatda korrupsiyaya yol açan halların qarşısının alınması, etik davranış qaydaları və vətəndaş məsuliyyəti haqqında müzakirələr aparılıb.