19.11.2025

İşə qəbul üzrə müsabiqə elan edilir

Mil-Muğan Regional Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində hazırda vakant olan məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə işə qəbul üzrə müsabiqə elan edir.

 

Qeyd edilən vəzifə üzrə işə qəbul olmaq istəyən şəxslər 19 noyabr 2025-ci il tarixindən Mil-Muğan Regional Təhsil İdarəsinə yaxınlaşaraq müvafiq sənədləri təqdim edə bilərlər.

 

Qeydiyyat prosesi 25 noyabr 2025-ci il saat 18:00-dək davam edəcək.

 

Tələb olunan sənədlər:

    şəxsiyyəti təsdiq edən sənədin surəti;

    əmək kitabçasının surəti;

    ali təhsil haqqında sənədin və əlavəsinin surəti;

    kadrlar uçotunun şəxsi vərəqəsi; (yazılı formada olmalıdır)

    tərcümeyi-hal;

 

Namizədlər üçün tələblər;

    pedaqoji ixtisas üzrə ali təhsil;

    3 ildən az olmayaraq pedaqoji staj;

    hazırda ümumi təhsil müəssisəsində müəllim kimi pedaqoji fəaliyyət göstərmək.

 

Yalnız tələblərə cavab verən namizədlər müsabiqədə iştirak hüququ qazanacaqlar.

 

Qeyd: Sertifikatlaşdırmada, müəllimlərin işə qəbulu imtahanında və ya diaqnostik qiymətləndirmədə yüksək nəticə əldə edən namizədlərə üstünlük veriləcəkdir.

 

Müsabiqədə iştirak etmək istəyən namizədlər 19 - 25 noyabr tarixləri aralığında (şənbə və bazar günləri istisna olmaqla) saat 09:00-dan 18:00-dək yuxarıda qeyd olunan sənədləri Mil-Muğan Regional Təhsil İdarəsinə təqdim etməklə qeydiyyatdan keçə bilərlər. (ünvan; Sabirabad rayonu, 20 yanvar küçəsi, 9)

 

Aşağıdakı keçiddən istifadə edərək Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblər üzrə vakansiyalarla tanış ola bilərsiniz.

 

https://drive.google.com/file/d/1aZDqiy6jU0xnQkjFklQ-Fdfdj7j1OG2g/view?usp=sharing


Açar sözlər: ,  ,