20.11.2025

“Dinin siyasiləşməsi və məzhəbçilik: milli kimliyə yönəlmiş təhdid kimi” mövzusunda regional konfrans keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Sabirabadda “Dinin siyasiləşməsi və məzhəbçilik: milli kimliyə yönəlmiş təhdid kimi” mövzusunda regional konfrans keçirilib.

 

Tədbirdən öncə konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

 

Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili iştirak ediblər.

 

Konfransda müzakirə olunan mövzular təkcə dini sahəyə aid deyil, həm də dövlətçilik, milli təhlükəsizlik və gələcək nəsillərin ideoloji sağlamlığı ilə bağlı strateji məsələlər olub. Tədbirdə çıxış edənlər qeyd ediblər ki, Azərbaycanın dövlət - din münasibətləri modeli dünya miqyasında nadir təcrübədir. Bu model Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi və hüquqi çərçivələr əsasında formalaşaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə yeni regional və qlobal çağırışlara uyğun şəkildə daha da gücləndirilib. Bu modelin əsasında duran milli həmrəyliyin bariz nümunəsi 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbədir.


Açar sözlər: ,  ,  ,