Mil-Muğan Regional Təhsil İdarəsi ilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Beyləqan, İmişli, Saatlı və Sabirabad rayon komitələri arasında kollektiv müqavilələr imzalanıb.
Müqavilələr Elm və Təhsil Nazirliyi ilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi arasında bağlanmış kollektiv sazişə əsaslanaraq əmək münasibətlərinin tənzimlənməsi, sosial tərəfdaşlığın gücləndirilməsi və təhsil işçilərinin sosial müdafiəsinin artırılması məqsədilə hazırlanıb.
Tədbirdə Mil-Muğan RTİ-nin müdiri Bəhruz Nəbili, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin daxili nəzarət və keyfiyyətin təminatı üzrə müşaviri Natiq Zamanov, həmçinin Beyləqan, İmişli, Saatlı və Sabirabad rayon komitələrinin sədrləri iştirak ediblər.
Tədbirdə çıxış edənlər kollektiv müqavilələrin təhsil işçilərinin hüquq və maraqlarının qorunmasında mühüm rol oynadığını vurğulayıb, qarşılıqlı əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyini bildiriblər. Tədbirin sonunda kollektiv müqavilələrin imzalanması rəsmi şəkildə rəsmiləşdirilib.