Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəsissələrində “Uşaq Hüquqları Aylığı” çərçivəsində uşaqların hüquq və vəzifələri barədə maarifləndirmə işi aparılıb, müxtəlif mövzularda görüşlər, müzakirələr, açıq dərslər və təqdimatlar təşkil olunub.
Tədbirlərdə Uşaq Hüquqları Konvensiyasının müddəaları, uşaqların təhlükəsizliyi, sağlam inkişafı, təhsilə bərabər çıxışı, həmçinin zorakılığın qarşısının alınması ilə bağlı mövzular diqqət mərkəzində saxlanılıb.
Məktəblərdə keçirilən maarifləndirici tədbirlər şagirdlərin mövzu barədə məlumatlılığının artırılmasına, onların öz hüquqlarını daha yaxşı tanımasına xidmət edir. Həmçinin məktəblərin psixoloqları və müəllimləri tərəfindən şagirdlərlə fərdi və qrup söhbətləri aparılıb.