22.11.2025

“Nə? Harada? Nə zaman?” oyunu üzrə “Məktəbli Kuboku”nun seçim mərhələsi keçirilib

Mil-Muğan Regional Təhsil İdarəsinin təşəbbüsü, Xəzər İntellektual Gənclər Klubunun təşkilatçılığı və "Global Olympiad Center"in dəstəyi ilə məktəblilər arasında intellektual bilik yarışlarının inkişafına xidmət edən “Məktəbli Liqası” layihəsi çərçivəsində “Nə? Harada? Nə zaman?” oyunu üzrə “Məktəbli Kuboku”nun seçim mərhələsi keçirilib.

 

Yarışın məqsədi şagirdlərin intellektual potensialını üzə çıxarmaq, məntiqi düşünmə bacarıqlarını inkişaf etdirmək, komanda ruhunu gücləndirmək və gənclərin asudə vaxtını səmərəli təşkil etmək olub.

 

İmişli, Saatlı və Sabirabad rayonlarının ümumi təhsil müəssisələrində təhsil alan VI–XI sinif şagirdlərindən ibarət 16 komanda seçim oyununda güclərini sınayıb.

 

Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışda:

    Saatlı rayonunun “Birlik” komandası I yerə layiq görülüb;

    İmişli rayonunun “Erudit” komandası II yeri qazanıb;

    Saatlı rayonunun “Qarabağ” komandası isə III yeri tutub.

 

“Məktəbli Kuboku” layihəsi regionlarda intellektual hərəkatın genişlənməsinə, məktəblilər arasında sağlam rəqabət mühitinin formalaşmasına və gənclərin gələcək uğurlarına zəmin yaradır. Bu yarış həm də şagirdlərin özünüifadə bacarıqlarını artırmaqla yanaşı, onların elmə və bilik yarışlarına marağını daha da gücləndirir.


Açar sözlər: ,  ,  ,  ,