24.11.2025

Müsabiqənin müsahibə mərhələsi keçirilib

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi keçirilib.

 

Müsabiqənin test imtahanı mərhələsində müvafiq keçid balını toplayan 14 nəfər namizəd müsahibə mərhələsinə dəvət olunub.

 

Müsahibə zamanı namizədlərin ünsiyyət və təqdimetmə bacarığı, məktəbəqədər təhsil sahəsində pedaqoji və metodiki hazırlıq səviyyəsi, peşəyə yanaşma və şəxsi keyfiyyətləri komissiya tərəfindən qiymətləndirilib.


Açar sözlər: ,  ,