İmişli rayon Heydər Əliyev Mərkəzində İmişli Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və İmişli rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, sağlam gələcək!” mövzusunda tədbir keçirilib.
İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Ardınca iştirakçılara Prezident cənab İlham Əliyevin gənclər siyasətini, milli ruhun və sağlam həyat tərzinin təşviqinə yönəlmiş fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edənlər qeyd ediblər ki, Azərbaycan gəncləri yüksək vətənpərvərlik ruhu, fiziki hazırlığı və intellektual potensialı ilə dövlətçiliyimizin əsas dayaqlarıdır və təhsildə, gündəlik davranışda nümunəvi vətəndaş olmalı, milli kimliyimizi yaşatmalı, dövlətimizin gələcəyinə töhfə verməlidirlər. Çıxışlarda həmçinin gənclərin sağlam həyat tərzinə yönləndirilməsi, fiziki hazırlığın artırılması, milli-mənəvi dəyərlərə bağlılıq və vətənpərvərlik ruhunun gücləndirilməsi kimi məsələlərə yer verilib.
Sonda tədbir iştirakçıları məktəblilərin hazırladıqları bədii kompozisiyanı izləyiblər və məktəblilərə, həmçinin məktəb rəhbərlərinə təşəkkürlərini bildirərək onların təhsil və gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.