AFFA ilə Elm və Təhsil Nazirliyinin, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı çərçivəsində Sabirabad və İmişli rayonlarında “Məktəbli Kuboku” futbol turnirinə start verilib.
Tədbirdən sonra ilk qarşılaşmalar baş tutub. Turnirdə 7-ci sinif oğlan komandaları, həmçinin 5-ci sinif oğlan və qız komandaları mübarizə aparacaq. Məktəbdaxili birincilik başa çatdıqdan sonra hər üç kateqoriya üzrə qalib komandalar Sabirabad və İmişlini Regional finallarda təmsil edəcəklər.
Qeyd edək ki, “Məktəbli Kuboku” turnirinin təşkilində əsas məqsəd məktəblilər arasında futbolun kütləviliyini artırmaq, sağlam həyat tərzini təbliğ etmək və uşaqlarda komanda ruhunun formalaşmasına töhfə verməkdir.