05.12.2025

BilBacar müsabiqəsinin “Yarış” mərhələsi keçirilir

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində “BilBacar” müsabiqəsinin dekabr ayı üzrə yarış mərhələsi keçirilir.

 

“Yarış” mərhələsində III və IV sinif şagirdləri oxu üzrə bilik və bacarıqlarını nümayiş etdirirlər. “Yarış” mərhələsinin hər bir seansı məktəbdə BilBacar koordinatorunun müşayiəti ilə keçirilir.

 

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən “BilBacar” müsabiqəsinin “Yarış” mərhələsi cari tədris ili üzrə ümumilikdə 4 dəfə təşkil olunacaq.

 

Müsabiqənin builki məqsədi ibtidai sinif şagirdlərində oxu savadlılığını artırmaq, mətnin məzmununu anlama, təhlil və nəticə çıxarma bacarıqlarını inkişaf etdirmək, oxu fəaliyyətlərini təşviq etmək, eyni zamanda şagirdlərə kompüter əsaslı qiymətləndirmə mühitində təcrübə qazandırmaqdır.


Açar sözlər: ,  ,  ,