11.12.2025

“Məktəblilər arasında Respublika Çempionatı”nın badminton üzrə zona mərhələsi keçirilib

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin iştirakı ilə “Məktəblilər arasında respublika çempionatı”nın badminton idman növü üzrə zona mərhələsi başa çatıb.

 

“Məktəblilər arasında respublika çempionatı” Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə həyata keçirilir.

 

Yarışın məqsədi ümumi təhsil müəssisələrində bədən tərbiyəsi və idmanın şagirdlər arasında kütləviləşdirilməsi, fiziki tərbiyə fənninin tədrisinin təkmilləşdirilməsi, şagirdlər arasında sağlam və aktiv həyat tərzinin təşviqi, sinifdənxaric və məktəbdənkənar işin yaxşılaşdırılması və idmançıların yarış təcrübələrini artırmaqdır.

 

Zona mərhələsinin nəticələrinə əsasən I yeri Sabirabad şəhəri Mikayıl Müşfiq adına 4 nömrəli tam orta ümumtəhsil məktəbin, II yeri Saatlı rayonu Alı Mustafayev adına Qıraqlı kənd ümumi orta ümumtəhsil məktəbin, III yeri isə İmişli şəhəri Aslan Eminov adına 7 nömrəli tam orta ümumtəhsil məktəbi komandası tutub.

 

I yeri qazanan Sabirabad şəhəri Mikayıl Müşfiq adına 4 nömrəli tam orta ümumtəhsil məktəbin komandası yarışın final mərhələsində iştirak etmək hüququ əldə edib.


Açar sözlər: ,  ,  ,