Mil-Muğan Regional Təhsil İdarəsinin rəhbərliyi və əməkdaşları, təhsil işçiləri 12 dekabr - Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Sabirabad şəhərinin mərkəzi meydanında ucalan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül-çiçək dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinə və təhsil sahəsinə verdiyi töhfələr bir daha xatırlanıb, onun ideyalarının bu gün də təhsil sistemində uğurla davam etdirildiyi vurğulanıb.