18.12.2025

PISA for Schools qiymətləndirməsi davam edir

Azərbaycan 2024-cü ilin oktyabr ayında ilk dəfə olaraq PISA for Schools (Məktəblər üçün PISA) beynəlxalq qiymətləndirməsində iştirak edib. Cari tədris ilində qiymətləndirmənin 10 dekabr – 31 yanvar tarixləri arasında keçirilməsi nəzərdə tutulur.

 

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 9 ümumtəhsil məktəbi sözügedən qiymətləndirməyə cəlb olunub. Hər məktəb üzrə 50 nəfər şagird qiymətləndirməyə cəlb olunub.

 

Məktəblər və şagirdlər təsadüfi seçim əsasında müəyyən edilib.


Açar sözlər: ,  ,