Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində şagirdlərin mütaliəyə marağının artırılması və oxu bacarıqlarının inkişaf etdirilməsi məqsədilə “Oxu dəqiqələri” təşkil olunur. Təşəbbüs çərçivəsində müxtəlif yaş qruplarından olan şagirdlər üçün onların maraq və inkişaf səviyyələrinə uyğun bədii mətnlər seçilir və oxu prosesinə cəlb edilirlər.
“Oxu dəqiqələri” zamanı şagirdlər yalnız mətn oxumaqla kifayətlənmir, eyni zamanda oxuduqları əsərlər ətrafında fikir mübadiləsi aparır, personajlar, hadisələr və əsas ideyalar barədə düşüncələrini bölüşürlər. Bu interaktiv yanaşma şagirdlərin tənqidi düşünmə qabiliyyətinin formalaşmasına, fikirlərini sərbəst və əsaslandırılmış şəkildə ifadə etmələrinə müsbət təsir göstərir.
Layihənin məqsədləri:
Qeyd edək ki, bu kimi təşəbbüslər təhsil müəssisələrində müsbət təlim mühitinin formalaşmasına, şagirdlərin dünyagörüşünün genişlənməsinə və oxumağı gündəlik vərdişə çevirmələrinə mühüm töhfə verir.