İmişli rayonu Rəhim Alışov adına Bəhrəmtəpə qəsəbə tam orta ümumtəhsil məktəbin VIII sinif şagirdi Səfərova Fərqanə Tağı qızı “Fövqəladə hallar uşaqların gözü ilə” adlı uşaq yaradıcılıq müsabiqəsində “Rəsm” nominasiyası üzrə II yerin qalibi olub. Fərqanə Səfərova əldə etdiyi uğura görə fəxri fərman və dəyərli hədiyyə ilə mükafatlandırılıb.
Müsabiqənin keçirilməsində məqsəd şagirdlərdə təhlükəsizlik mədəniyyətinin formalaşdırılması, fövqəladə hallara hazırlığın təbliği, istedadlı uşaqların aşkara çıxarılması və yaradıcılıqlarının dəstəklənməsi, vətənpərvərlik və sosial məsuliyyət hissinin aşılanmasıdır.
Fərqanə Səfərovanı təbrik edirik və uğurlar arzulayırıq!