15.01.2026

Mil-Muğan Regional Təhsil İdarəsi üzrə eksternat qaydasında aralıq imtahanı keçiriləcək

31 yanvar 2026-cı il tarixdə Sabirabad şəhəri Nizami Gəncəvi adına 5 nömrəli tam orta ümumtəhsil məktəbiBeyləqan, İmişli, Saatlı və Sabirabad rayonları üzrə eksternat qaydasında müraciət etmiş uyğun namizədlər üçün aralıq imtahanı təşkil olunacaq.

 

İmtahan saat 11:00-da başlayacaq. İmtahan iştirakçılarının müəyyən olunmuş saatdan 1 saat əvvəl (saat 10:00) imtahan mərkəzində olmaları və gələrkən şəxsiyyəti təsdiq edən sənədin əslini və diyircəkli qələm gətirməsi vacibdir.

 

Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta (IX sinif) və tam orta (XI sinif) təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.

 

Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququ qazanacaqlar.


Açar sözlər: ,  ,