16.01.2026

“Məktəblər üçün PISA” tədqiqatı başa çatıb

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində həyata keçirilən “Məktəblər üçün PISA” tədqiqatı 14.01.2026-cı il tarixində başa çatmışdır.

 

Qiymətləndirmə prosesi 15.12.2025-ci il tarixindən başlamış və region üzrə 9 ümumi təhsil müəssisəsində təhsil alan ümumilikdə 450 nəfər şagird iştirak edib.

 

Tədqiqatın məqsədi 15 yaşlı şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri sahələrində bilik və bacarıqlarını, eləcə də bu bacarıqları real həyatda tətbiqetmə qabiliyyətlərini qiymətləndirmək, həmçinin hər bir təhsil müəssisəsinin nəticələrini ayrıca dəyərləndirərək məktəblərə tədrisin keyfiyyətinin artırılması üçün analitik əsaslar təqdim etməkdir.


Açar sözlər: ,  ,