18.01.2026

Ümumi təhsil müəssisələrində vakant olan vəzifələr üzrə işə qəbul müsabiqəsi elan edilir

Mil-Muğan Regional Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində mövcud vakant vəzifələr üzrə işə qəbul müsabiqə elan edir.

Müsabiqə aşağıdakı vəzifələri əhatə edir:

Laborant.

Kitabxana müdiri.

Katibə-makinaçı.

Təsərrüfat müdiri.

Uşaq birliyi təşkilatının rəhbəri.

 

Müsabiqə mərhələləri.

İşə qəbul prosesi 4 mərhələdən ibarət olacaq:

Qeydiyyat və sənədlərin yoxlanılması.

Test imtahanı.

Müsahibə.

Vakant yerlərin seçimi.

 

Namizədlər 19 yanvar – 26 yanvar 2026-cı il tarixləri arasında, iş günləri saat 10:00-dan 17:00-dək yerli təhsil sektorlarına və ya Mil-Muğan Regional Təhsil İdarəsində yaradılmış komissiyaya aşağıdakı sənədləri təqdim etməklə qeydiyyatdan keçə bilərlər:

Şəxsiyyət vəsiqəsinin surəti (bütün vəzifələr üzrə).

Tərcümeyi-hal (bütün vəzifələr üzrə).

Diplomun surəti (müvafiq ixtisas tələb olunan vəzifələr üzrə).

Əmək kitabçasının surəti (staj tələb olunan vəzifələr üzrə).

 

Qeydiyyatdan keçmiş namizədlərin məlumatları uyğunluq baxımından yoxlanıldıqdan sonra onlar müsabiqənin test imtahanı mərhələsinə dəvət ediləcəklər.

 

Namizədlər Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblər üzrə mövcud vakansiyalarla aşağıda verilmiş link vasitəsilə tanış ola bilərlər. https://drive.google.com/file/d/1T13qbIHcYiwVL2GTsL1fLJI9PHksLWiK/view?usp=sharing

 

Bildiririk ki, imtahana qədər yeni vakant yerlər yarandığı halda siyahı yenilənəcək və əlavə olunacaq.

 

Adıçəkilən vəzifələr üzrə ixtisas tələbləri və müsabiqə proqramı ilə aşağıdakı linkdən tanış olmaq mümkündür.

https://drive.google.com/file/d/1ST6f8lHU4E5iCVg9Z2C0ecoIgQf26qQ0/view?usp=sharing

 

 


Açar sözlər: ,  ,