18.01.2026

Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi keçirilib

Mil-Muğan Regional Təhsil İdarəsi üzrə ümumilikdə 1686 nəfər şagirdin iştirak etdiyi Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi VIII-XI sinif şagirdləri arasında Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya və tarix fənnləri üzrə keçirilib.

 

Olimpiada region üzrə müəyyən edilmiş 4 mərkəzdə təşkil olunaraq şagirdlərin bilik və bacarıqlarını nümayiş etdirməsi üçün şəffaf şərait yaradılıb. Olimpiada şagirdlərin elmi düşüncə, məntiqi yanaşma və fənlər üzrə dərin biliklərini ortaya qoyması baxımından xüsusi əhəmiyyət daşıyır.

 

Olimpiadanın rayon (şəhər) mərhələsinin nəticələri www.portal.edu.az platforması vasitəsilə, eləcə də şagirdlərin təhsil aldıqları ümumi təhsil müəssisələri tərəfindən elan olunacaq.

 

Şagirdlərimizə uğurlar arzulayırıq!


Açar sözlər: ,  ,  ,