19.01.2026

20 Yanvar - Ümumxalq Hüzn Gününün otuz altıncı ildönümü qeyd olunub

20 Yanvar - Ümumxalq Hüzn Gününün otuz altıncı ildönümü ilə əlaqədar Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində kitab, foto və rəsm sərgiləri, mühazirə və “dəyirmi masa”lar, seminarlar keçirilib və ədəbi-bədii kompozisiyalar təşkili olunub.

 

Tədbirlər Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

Tədbirlərdə tariximizin şərəf və qəhrəmanlıq səhifəsi olan 1990-cı ilin 20 Yanvar hadisələri barədə geniş söhbət açılıb, hadisələrin baş verdiyi tarixi şərait barədə ətraflı məlumatlar verilib, xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin misilsiz qəhrəmanlıq nümunəsi olduğu vurğulanıb.

 

Qeyd olunub ki, 20 Yanvar Azərbaycan tarixində istiqlal yolunun başlanğıcı, milli oyanış günüdür. Üzərindən 36 il ötməsinə baxmayaraq, bu tarix xalqımızın müstəqillik, milli məfkurə uğrunda ayağa qalxdığını, azadlıq üçün qurban getməyə hazır olduğunu sübut etdiyi gün kimi daim xatırlanacaq. Xalqımızın mübarizə tarixinin 20 Yanvar səhifəsinin gənc nəsillər tərəfindən hər zaman xatırlanmalı olduğu şagirdlərin diqqətinə çatdırılıb.

 

Tədbirlərdə şagirdlər 20 Yanvar hadisələrinə həsr edilmiş ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.


Açar sözlər: ,  ,  ,