20.01.2026

Sabirabad rayonunda Şəhidlər xiyabanı ziyarət olunub

Mil-Muğan Təhsil İdarəsinin rəhbərliyi və əməkdaşları 20 Yanvar faciəsinin ildönümü münasibətilə Sabirabad rayonunda Şəhidlər xiyabanını ziyarət ediblər.

 

Ziyarət zamanı Vətənimizin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri düzülüb. Bu ziyarət xalqımızın azadlıq ruhuna, milli birlik və həmrəyliyinə sədaqətimizin ifadəsidir. Şəhidlərimizin müqəddəs xatirəsi daim qəlbimizdə yaşayacaq.


Açar sözlər: ,  ,