23.01.2026

Böyük summativ qiymətləndirmələr rəqəmsal formada keçirilir

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində sürətli internet bağlantısı və uyğun sayda kompüteri olan ümumi təhsil müəssisələrində 2025–2026-cı tədris ilinin I yarımili üzrə böyük summativ qiymətləndirmə rəqəmsal formada təşkil olunur.

 

Rəqəmsal qiymətləndirmə həm müəllimlərin vaxtına qənaət edir, həm şagirdlərdə rəqəmsal bacarıqları inkişaf etdirir, həm də kağız sərfiyyatını azaltmaqla ətraf mühitin qorunmasına dəstək verir. Digər tərəfdən elektron qiymətləndirmə daha təkmil tapşırıqlardan istifadə etmək imkanı yaradır.

 

Qeyd edək ki, böyük summativ qiymətləndirmə Microsoft TEAMS proqramı vasitəsilə həyata keçirilir.


Açar sözlər: ,  ,  ,