Mil-Muğan Regional Təhsil İdarəsi Beyləqan rayonu üzrə təhsil sektorunda psixoloji-tibbi-pedaqoji komissiyanın (PTPK) sədr vəzifəsinə vakansiya elan edir.
PTPK-nın sədri vakansiyası üçün psixoloq, defektoloq və yaxud ibtidai sinif müəllimləri müraciət edə bilərlər.
Namizədlər üçün tələblər:
Psixoloq və ibtidai sinif müəllimliyi ixtisas üzrə ali təhsil;
3 ildən az olmayaraq pedaqoji staj;
Hazırda təhsil müəssisəsində müddətsiz pedaqoji fəaliyyət göstərməsi.
İxtisası üzrə iştirak etdiyi sonuncu imtahan nəticəsinin yüksək olması arzu olunandır.
Müsabiqədə iştirak üçün tələb olunan sənədlər:
şəxsiyyəti təsdiq edən sənədin surəti;
ali təhsil haqqında sənədin və əlavəsinin surəti;
xüsusi təhsil sahəsində əlavə təhsil, iştirak etdiyi təlimlər, seminarlarda iştirakını təsdiq edən sənədlərin surəti;
əmək kitabçasının surəti.
PTPK-nın iş saatı barədə:
İş saatı müəyyən olunmuş qrafik əsasında həftədə 2 dəfə daimi fəaliyyət göstərir.
Zəruri halda əlavə olaraq səyyar komissiya keçirilə bilər.
İş vaxtı 6 saat həcmində, iş rejimi saat 10-dan 16-dək müəyyənləşdirilir.
Namizədlər tələb olunan sənədləri 29 yanvar 2026-cı il tarixindən 02 fevral 2026-cı il tarixinədək Beyləqan rayonu üzrə təhsil sektoruna təqdim etməlidirlər.