Tədbir Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Yeni Azərbaycan Partiyası (YAP) Sabirabad rayon təşkilatının, Mil-Muğan Regional Təhsil İdarəsinin, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin və Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı, həmçinin “Əminlər” şirkətinin dəstəyi ilə baş tutub.
Tədbirin rəsmi hissəsindən öncə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsini və Şəhidlər xiyabanını ziyarət ediblər. Ulu Öndərin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, abidələr önünə gül dəstələri düzülüb.
Mərasimdə çıxış edən rəsmi qonaqlar Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla və ardıcıl şəkildə davam etdirildiyini qeyd ediblər. Gənclərin ölkənin ictimai-siyasi, mədəni həyatındakı fəallığının dövlətimizin inkişafına verdiyi töhfələr yüksək qiymətləndirilib və gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulanıb.
Tədbirin davamında regionun ictimai və mədəni həyatında fərqlənən bir qrup fəal gəncə fəxri fərmanlar və müxtəlif hədiyyələr təqdim olunub.
Təltifetmə mərasimindən sonra günün əhəmiyyətini əks etdirən xüsusi videoçarx nümayiş etdirilib.
Tədbir şagirlərin ifasında konsert proqramı ilə yekunlaşıb. Proqram çərçivəsində vətənpərvərlik ruhunda mahnılar ifa olunub və rəqs nümunələri nümayiş etdirilib.