04.02.2026

Şagirdlərimiz Respublika Fənn Olimpiadalarının yarımfinal mərhələsinə vəsiqə qazanıblar

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan 245 şagird Respublika Fənn Olimpiadalarının yarımfinal mərhələsinə vəsiqə qazanıb.

 

Belə ki, fənn olimpiadalarının yarımfinal mərhələsinə Beyləqan rayonu üzrə 92,  İmişli rayonu üzrə 58, Saatlı rayonu üzrə 54 və Sabirabad rayonu üzrə isə 41 nəfər şagird vəsiqə qazanıb.

 

Yarımfinal mərhələsinə vəsiqə qazanan şagirdlərimizə növbəti mərhələlərdə uğurlar arzu edirik!


Açar sözlər: ,  ,  ,