17.02.2026

“Diqqət, uşaqlar!” adlı maarifləndirici tədbirlər keçirirlir

Tədbirlərin əsas məqsədi şagirdlərdə yol hərəkəti təhlükəsizliyi ilə bağlı bilik və vərdişlərin daha da möhkəmləndirilməsi, onların gündəlik həyatda təhlükəsiz davranış qaydalarına əməl etmələrinin təşviq edilməsidir. Tədbirlər zamanı qeyd edilib ki, məktəblərdə öyrənilən yol hərəkəti qaydaları yalnız nəzəri məlumat deyil, hər bir uşağın həyatını və sağlamlığını qoruyan vacib biliklər toplusudur.

 

Bildirilib ki, ölkəmizdə yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsi istiqamətində həyata keçirilən Dövlət Proqramının məqsədlərinə uyğun olaraq, bu sahədə daha səmərəli və innovativ tədbirlərin tətbiqi məqsədilə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən ardıcıl və məqsədyönlü addımlar atılır. Maarifləndirmə işinin erkən yaşlardan başlanması isə təhlükəsiz nəqliyyat mühitinin formalaşdırılmasında mühüm rol oynayır.

 

Görüşlər çərçivəsində şagirdlər yol hərəkəti təhlükəsizliyinin təbliğinə həsr olunmuş səhnəciklər nümayiş etdirib, gündəlik rastlaşdıqları situasiyalar əsasında düzgün davranış modellərini canlandırıblar. İnteraktiv formatda təşkil edilən tədbirlər zamanı onların sualları ətraflı cavablandırılıb, real həyat nümunələri üzərindən izahlar verilib.


Açar sözlər: ,  ,