20.02.2026

Beynəlxalq Ana Dili Günü qeyd olunub

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 21 Fevral - Beynəlxalq Ana Dili Günü münasibətilə silsilə tədbirlər keçirilib.

 

Tədbirlərin məqsədi məktəblilərə ana dilimizin zənginliyi və tarixi inkişaf yolu haqqında ətraflı məlumat vermək, dövlət tərəfindən Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində həyata keçirilən siyasətin əsas prinsiplərini diqqətə çatdırmaq, şagirdlərdə doğma dilimizə sevgi və hörmət hissini daha da gücləndirmək olub.

 

Çıxışlarda bildirilib ki, Azərbaycan dilinin dövlət dili kimi möhkəmləndirilməsi və nüfuzunun artırılmasında ümummilli lider Heydər Əliyevin müstəsna tarixi xidmətləri olub. Eyni zamanda, İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu dövlət siyasətində ana dilinin qorunması, zənginləşdirilməsi və gələcək nəsillərə ötürülməsi məsələlərinin daim prioritet istiqamətlərdən biri olduğu qeyd edilib.

 

Tədbirlərdə Azərbaycan dilinin inkişafına həsr olunmuş videoçarxlar nümayiş etdirilib, şagirdlər tərəfindən ana dilimizə ithaf olunan şeirlər səsləndirilib, mahnılar ifa olunub və ədəbi-bədii kompozisiyalar təqdim edilib.


Açar sözlər: ,  ,  ,