25.02.2026

“Ən yaxşı təqdimat” müsabiqəsinin rayon mərhələsi keçirilir

Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin Mil-Muğan Regional Təhsil İdarəsi üzrə rayon (şəhər) mərhələsi keçirilir.

Müsabiqədə ümumi təhsil müəssisələrində təhsil alan və qeydiyyatdan keçmiş IX–XI sinif şagirdləri öz təqdimatları ilə çıxış edirlər.

 

Dinləmələr zamanı təqdimatçının mövzularla bağlı dolğun və əhatəli məlumata malik olduğunu nümayiş etdirməsi, şərh etdiyi məsələlərə müxtəlif mövqelərdən yanaşması, öz mövqeyini əsaslandırılmış şəkildə ifadə etməsi, nitq mədəniyyəti, zəngin söz ehtiyatı və faktlara əsaslanan təhlil qabiliyyəti və müasir Azərbaycan tarixi üzrə dolğun biliklərə malik olması meyarlarına əsasən qiymətləndirilir.

 

Müsabiqənin rayon (şəhər) mərhələsində uğur qazanan iştirakçılar müsabiqənin növbəti – ölkə turunda iştirak etmək hüququ əldə edəcəklər.

 

Qeyd edək ki, müsabiqə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən təşkil olunur. Layihənin əsas məqsədi müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən daha dərindən öyrənilməsini təşviq etmək, şagirdlərdə tədqiqatçılıq və təqdimat bacarıqlarını inkişaf etdirməkdir.


Açar sözlər: ,  ,  ,