28.02.2026

Mil-Muğan Təhsil İdarəsi üzrə Respublika Fənn Olimpiadalarının (RFO) yarımfinal mərhələsi keçirilib

İmişli şəhəri Aslan Eminov adına 7 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən yarımfinal mərhələsində region üzrə ümumilikdə 238 nəfər şagird iştirak edib.

 

Respublika Fənn Olimpiadalarının (RFO) yarımfinal mərhələsinin Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, fizika, kimya, biologiya və riyaziyyat fənləri üzrə iştirakçılarının nəticələri portal.edu.az platforması vasitəsilə bildiriləcəkdir.

 

Qeyd edək ki, Respublika Fənn Olimpiadalarının keçirilməsində məqsəd istedadlı və xüsusi akademik göstəriciləri ilə fərqlənən şagirdlərin aşkar olunması, onların fənlər üzrə dərin bilik və bacarıqlarının qiymətləndirilməsi, sağlam rəqabət mühitinin formalaşdırılması və şagirdlərin final mərhələsinə seçiminin obyektiv meyarlar əsasında təmin edilməsidir.


Açar sözlər: ,  ,