Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Sabirabad rayonu Qaragüney kənd uşaq bağçasında vakant olan tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul elan edir.
Müsabiqədə iştirak etmək istəyən (2025-ci ildə müsabiqənin test mərhələsində iştirak etmiş, 40 və daha yuxarı bal toplamış namizədlər) namizədlər 05 mart 2026-cı tarixdən 10 mart 2026-cı il, saat 17:00-dək aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər.
https://forms.gle/3PTSsmkFDZ8tQgCs5
Namizəd haqqında lazım olacaq məlumatlar:
️Soyad, ad və ata adı
️FİN kod
️Müsabiqədə topladığı bal (bilmirsə boş saxlaya bilər)
️Əlaqə nömrəsi
️Hal-hazırda qeydiyyatda olduğu və yaşadığı ünvan və s.
Müsahibədə uğur qazanmış və ən yüksək test balına malik olan namizəd vakant yerə təyin olunacaqdır. Digər namizədlər isə növbəti müsabiqənin müsahibə mərhələsinədək ehtiyat kadrlar siyahısına daxil ediləcəkdir.
Müsahibə mərhələsinin keçirilmə yeri və tarixi barədə namizədlərə məlumat veriləcəkdir.