13.03.2026

Şagirdimizin möhtəşəm uğuru

Sabirabad şəhər Nizami Gəncəvi adına 5 nömrəli tam orta ümumtəhsil məktəbinin 10-cu sinif şagirdi Murad Mirzəzadə və Nəriman Nərimanov adına 2 nömrəli beynəlmiləl, təbiət və texniki fənlər təmayüllü məktəb-liseyin 11-ci sinif şagirdləri Dəmirov Fuad və İsgəndərov Şahin beynəlxalq idman arenasında böyük nailiyyət əldə edərək ölkəmizi və məktəblərini layiqincə təmsil ediblər.

 

Moskvada keçirilən Powerlifting üzrə Avropa Çempionatında (WPPL – World Professional Power League) iştirak edən gənc idmançı yüksək nəticələri ilə diqqət mərkəzinə düşüb. 52 kiloqram çəki dərəcəsində mübarizə aparan Murad Mirzəzadə yarış boyunca güclü rəqiblər üzərində üstünlük qazanaraq 5 qat Avropa çempionu adına layiq görülüb. Bununla yanaşı, o, öz çıxışı zamanı 4 Avropa rekordunu yeniləyərək turnirin ən parlaq nəticələrindən birinə imza atıb. Dəmirov Fuad 4 qat, İsgəndərov Şahin isə 3 qat Avropa çempionu adına layiq görülüblər.

 

Bu möhtəşəm nailiyyət onların idmana olan böyük həvəsinin, zəhmətinin və əzmkarlığının nəticəsi kimi qiymətləndirilir. Onların uğurlu çıxışları həm məktəbin kollektivində, həm də rayon ictimaiyyətində böyük sevinc və qürur hissi yaradıb.

 

Qeyd edək ki, yarışın nəticələrinə əsasən şagirdlərimiz WPPL – Dünya Professional Power League federasiyasının rəsmi vəsiqələrini də əldə ediblər. Bu vəsiqə gənc idmançılara gələcəkdə daha böyük beynəlxalq yarışlarda iştirak etmək imkanı yaradacaq.

 

Şagirdlərimiz təbrik edir, ona gələcək fəaliyyətində yeni-yeni uğurlar, daha böyük qələbələr və idman zirvələrini fəth etməyi arzulayırıq!


Açar sözlər: ,  ,