Buraxılış imtahanlarına hazırlaşan 11-ci sinif şagirdlərinin psixoloji cəhətdən dəstəklənməsi məqsədilə maarifləndirici görüşlər təşkil olunub. Görüşlərdə məktəb psixoloqları, şagirdlər və valideynlər iştirak ediblər.
Görüşlər zamanı şagirdlərin imtahanlara psixoloji hazırlıq vəziyyəti müzakirə olunub, onların qarşılaşa biləcəyi stress və gərginlik halları təhlil edilib. Psixoloqlar tərəfindən imtahan stressinin idarə olunması, özünəinamın gücləndirilməsi və düzgün hazırlıq strategiyalarının formalaşdırılması ilə bağlı şagirdlərə tövsiyələr verilib.
Eyni zamanda valideynlərlə aparılan söhbətlərdə övladlarının imtahan dövründə daha rahat və motivasiyalı olmaları üçün ailə dəstəyinin əhəmiyyəti vurğulanıb. Valideynlərə övladlarına psixoloji və mənəvi dəstəyin göstərilməsi, onların motivasiyasının artırılması və düzgün ünsiyyətin qurulması ilə bağlı tövsiyələr təqdim edilib.