17.03.2026

Torpaq çərşənbəsi qeyd olunub

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində xalqımızın qədim adət-ənənələrindən biri olan Torpaq çərşənbəsi qeyd olunub.

 

Tədbirlər çərçivəsində şagirdlərə Torpaq çərşənbəsinin mahiyyəti, onun təbiətlə bağlılığı, torpağa olan hörmət və bağlılığın xalqımızın dünyagörüşündə tutduğu mühüm yer barədə ətraflı məlumat verilib. Bildirilib ki, Torpaq çərşənbəsi həyatın yenilənməsini, torpağın oyanışını və bolluq-bərəkətin başlanğıcını simvolizə edir.

 

Eyni zamanda, məktəblərdə təşkil olunan müxtəlif maarifləndirici və əyləncəli proqramlar şagirdlərin böyük marağına səbəb olub. Onlar milli oyunlarda iştirak edib, səhnəciklər nümayiş etdirib, şeirlər səsləndirib və adət-ənənələrimizi əks etdirən təqdimatlarla çıxış ediblər.

 

Keçirilən tədbirlər şagirdlərdə milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi, qədim irsimizin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir.


Açar sözlər: ,  ,  ,