31.03.2026

31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbirlər keçirilib

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

 

‎Tədbirlərdə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan xalqına qarşı törədilən soyqırımın tarixi haqqında şagirdlərə geniş məlumat verilib. 31 Mart hadisələrinə ilk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən gerçək hüquqi-siyasi qiymət verildiyi, bu hadisənin bir soyqırımı aktı kimi sənədləşdirildiyi bildirilib. Xalqımızın üzləşdiyi soyqırımların təkrarlanmaması üçün daim yaddaşlarda yaşadılması və zəruri nəticələrin çıxarılmasının xüsusi əhəmiyyət daşıması şagirdlərin diqqətinə çatdırılıb.

 


Açar sözlər: ,  ,  ,