07.04.2026

Tərbiyəçi-müəllim vəzifələrinə yerdəyişmə prosesinə qeydiyyat başlayır

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində vakant olan tərbiyəçi-müəllim vəzifələrinə yerdəyişmə prosesinə qeydiyyat başlayır.

 

Müsabiqədə hazırda dövlət məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vəzifəsində müddətsiz əmək müqaviləsi ilə çalışan şəxslər iştirak edə bilər.

 

Qeyri-ixtisaslı tərbiyəçi-müəllimlər yaşayış yerindən asılı olmayaraq müsabiqədə iştirak edə bilməz.

 

Yerdəyişmə etmək istəyən namizədlər 8 aprel 2026-cı il tarixindən 11 aprel 2026-cı il saat 12:00-dək aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:

https://forms.gle/LacXTeSm4cVyoBTt6

 

Bir vakant yerə birdən çox müraciət olduqda namizədlərə aşağıdakı ardıcıllıqla üstünlük veriləcək:

 

Şəhid ailəsi üzvlərinə;

Qazi ailəsi üzvlərinə;

Daha yüksək təhsil pilləsini (səviyyəsini) bitirənlərə;

Pedaqoji stajı daha çox olan tərbiyəçilərə;

Həyat yoldaşının hərbçi, Vətən müharibəsi iştirakçısı, dövlət qulluqçusu olması;

 

Bütün namizədlər tərbiyəçi-müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edibsə, test balı.

Vakant yerlərin siyahısı:

https://drive.google.com/file/d/1LuN7t9IxN8rtejOnsB59FsNswRouuAM4/view?usp=sharing