Müsabiqədə hazırda Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən dövlət məktəbəqədər təhsil müəssisələrinin müdiri vəzifəsində müddətsiz əmək müqaviləsi ilə çalışan ali pedaqoji təhsilli və həmin müəssisədə müdir vəzifəsində ən azı 3 il işləmiş şəxslər iştirak edə bilər.
Yerdəyişmə etmək istəyən namizədlər 06 aprel 2026-cı il tarixdən 13 aprel 2026-cı il tarixədək aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər.
https://forms.gle/ZWzwQm4EDJqEvJbj7
Tələb olunan sənədlər:
Şəxsiyyət vəsiqəsinin surəti;
Ali təhsil haqqında diplomun surəti;
Əmək kitabçasının surəti.
Müraciətlərə baxılarkən müdirlərlə bağlı aşağıdakı göstəricilər nəzərə alınır:
İntizam tənbehinin olub-olmaması;
Rəhbərlik etdiyi müəssisədə nöqsanların olub-olmaması;
İdarəetmə stajı;
Təhsil səviyyəsi.
Komissiya tərəfindən yerdəyişməsi məqbul hesab edilən müdirlər barədə məlumatlar əmək münasibətlərinin rəsmiləşdirilməsi üçün Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə göndəriləcək.
Vakant yerlərin siyahısı:
https://drive.google.com/file/d/1e0iGvVf4Jq8b7mMvZbY6HRkbe06b6cJd/view?usp=sharing