09.04.2026

TIMSS-2027 beynəlxalq qiymətləndirmə tədqiqatının sınaq mərhələsinə başlanılıb

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən seçilmiş iki ümumi təhsil müəssisəsində TIMSS–2027 beynəlxalq qiymətləndirmə tədqiqatının sınaq mərhələsinə başlanılıb. Tədqiqatın sınaq mərhələsinə cəlb olunmuş Beyləqan şəhəri Elbrus Bayramov adına təbiət və humanitar fənlər təmayüllü liseyin 4-cü sinif şagirdləri sınaqda uğurla iştirtak ediblər.

 

Beynəlxalq qiymətləndirmə tədqiqatları şagirdlərin bilik və bacarıqlarının ölçülməsi, eləcə də tədrisin keyfiyyətinin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, imtahan prosesi 8–17 aprel 2026-cı il tarixlərini əhatə edir.


Açar sözlər: ,  ,  ,