Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Sabirabad rayonu Ulacalı kənd uşaq bağçasında vakant olan tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul elan edilir.
Müsabiqədə iştirak etmək istəyən (2025-ci ildə müsabiqənin test mərhələsində iştirak etmiş, 40 və daha yuxarı bal toplamış namizədlər) namizədlər 13 aprel 2026-cı tarixdən 16 aprel 2026-cı il, saat 15:00-dək aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər.
https://forms.gle/21UoZPuPMZGJTsTSA
Namizəd haqqında lazım olacaq məlumatlar:
Soyad, ad və ata adı
FİN kod
Müsabiqədə topladığı bal (bilmirsə boş saxlaya bilər)
Əlaqə nömrəsi
Hal-hazırda qeydiyyatda olduğu və yaşadığı ünvan və s.
Müsahibədə uğur qazanmış və ən yüksək test balına malik olan namizəd vakant yerə təyin olunacaqdır. Digər namizədlər isə növbəti müsabiqənin müsahibə mərhələsinədək ehtiyat kadrlar siyahısına daxil ediləcəkdir.
Müsahibə mərhələsinin keçirilmə yeri və tarixi barədə namizədlərə məlumat veriləcəkdir.