12.04.2026

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi keçirilib

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan II - X sinif şagirdləri arasında Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi keçirilib.

 

Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkilatçılığı ilə keçirilən müsabiqənin nəticələrini şagirdlər 22 aprel tarixindən etibarən http://kenquru-2025.az/ platformasında şəxsi kabentlərindən və ya təhsil aldığı ümumtəhsil müəssisəsindən öyrənə bilərlər.

 

Bildiririk ki, müsabiqə şagirdlərin problem həlletmə bacarıqlarını, məntiqini və riyazi biliklərini yoxlayan qapalı tipli test tapşırıqlarından ibarətdir.

 

Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd dünyanın müxtəlif ölkələrindən olan riyaziyyat müəllimlərinin hazırladıqları tapşırıqlar vasitəsi ilə şagirdlərin yaşlarına uyğun sağlam rəqabət mühitində riyazi billiklərinin yoxlanılmasına imkan yaratmaqdan ibarətdir.


Açar sözlər: ,  ,