Məlumat üçün bildiririk ki, “Zəkaların mübarizəsi” Olimpiadası Heydər Əliyev Fondu, Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı ilə həyata keçirilir.
Olimpiada iki mərhələdən - regional və respublika mərhələsindən ibarətdir. Mil-Muğan Regional Təhsil İdarəsi üzrə 4 komanda arasında seçim aparılaraq, final mərhələsində regionumuzu təmsil edəcək komanda müəyyən olunacaq.
Olimpiadanın məqsədi şagirdlərdə öyrənməyə marağın artırılması, sağlam rəqabət mühitinin formalaşdırılması və regionlararası dostluq əlaqələrinin inkişaf etdirilməsidir.
Elm yarışı üzrə İmişli rayon komandasının üzvləri:
1. Aslan Eminov adına 7 nömrəli tam orta ümumtəhsil məktəbin IX sinif şagirdi - Alışov Əli Elməddin oğlu
2. Nəriman Nərimanov adına 1 nömrəli məktəb-liseyin X sinif şagirdi - Nəsirzadə Tamella Elnur qızı
3. Nəriman Nərimanov adına 1 nömrəli məktəb-liseyin IX sinif şagirdi - Atakişizadə Həsən Yusif oğlu
4. Namiq Şirinov adına 5 nömrəli məktəb-liseyin X sinif şagirdi - Qaraşlı İlknur Qismət qızı
5. 8 nömrəli tam orta ümumtəhsil məktəbin XI sinif şagirdi - Əliyev İsmayıl Rəşad oğlu
6. Şahin Məmmədov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbin XI sinif şagirdi - Əhmədli Emil Qurban oğlu